Cəlilabadda taxıl sahəsi yanıb

Cəlilabadda 1 hektar biçilmiş taxıl sahəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Boyxanlı kəndində 1 ha biçilmiş taxıl sahəsi və 31 ədəd taxta dirəklər yanıb. Yaxınlıqdakı digər sahələr və dirəklər yanğından mühafizə olunub. Yanğın saat 00:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Sabirabad rayonunda baş verib. Belə ki, rayonun Cavad kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 17 ton olan ot bağlamasının 7 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə