Minik avtomobili arxa düşüb

Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndi ərazisində "HYUNDAI" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı arxa düşüb. SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər köməksiz vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 04:22-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə