İki azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

İki azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı şəhəri, Xəzər rayonunda mənzildə iki azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, nazirliyin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:02-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə