Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat karopkaları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı 5-ci mərtəbədəki mənzildən 3 nəfər sakin təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB