Bakı şəhərinin Xəzər rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 4 kv.m sahədə və 1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB