Çantalardan oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 22-də Çəmənzəminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasın piştaxtanın üzərindən götürüb qaçan Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1984-cü il təvəllüdlü Ramiz Məhərrəmov tutulub. Müəyyən edilib ki, o sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alıb qaçıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB