Lənkəran rayonu, Osaküçə kəndində vətəndaşa məxsus obyektdə yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ümumi sahəsi 192 kv.m olan obyektin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB