İki mənzildə civə dağıldı FHN köməyə gəldi

İki mənzildə civə dağıldı FHN köməyə gəldi

Bu gün Xətai rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 21:00-da başa çatıb.

Bu gün, həmçinin Sabunçu rayonunda da mənzildə termometr sınıb və nəticədə daxilindəki civə ətrafa dağılıb. FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri hadisə yerinə gəlib və maye halında olan kimyəvi element müvafiq qaydada yığılıb, çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 23:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə