Yeniyetmələr də adam bıçaqlayır

Yeniyetmələr də adam bıçaqlayır

Bakıda bıçaqlanma hadisələri baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İman Cəfərova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Rəvan Zəfər oğlu Əliyev və 2000-ci il təvəllüdlü Əli Məhəbbət oğlu Hüseynov tutulub.

Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Səbuhi Muradova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Valeh Əsgər oğlu Bayramov tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə