Azərbaycanda zəlzələ olub

Azərbaycanın Şirvan şəhərində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ saat 03:54:05-də Şirvan şəhərindən 11 km şərqdə qeydə alınıb.

Zəlzələnin episentrinin dərinliyi 17 km, maqnitudası 3.1 olub.

Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə