Telefon oğrusu tutuldu

Bakıda dələduzluqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ SİA-ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqust ayında Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Toğrul Hüseynovun, sentyabrın 13-də Ü.Hacıbəyov küçəsində 2003-cü il təvəllüdlü Səbuhi Həsənovun və Masallı rayon sakini 2000-ci il təvəllüdlü İmaməddin İsmayılovun etibarlarından sui-istifadə edərək mobil telefonlarını danışmaq adı ilə alıb qaytarmamaqla dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Tural Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə