Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.S.Ordubadi küçəsində yerləşən avtoservisdə təmirdə olan, Bakı şəhər sakini Zöhrab Hüseynova məxsus "Toyota Corolla" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Astara rayon sakini, 1994-cü il təvəllüdlü Rafik Cəlilov müəyyən olunaraq tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB