Axtarışda olan dələduzlar tapıldı

Axtarışda olan dələduzlar tapıldı

Bakıda dələduzluğa görə axtarışda olan iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Lalə Cavadova və 1984-cü il təvəllüdlü Rauf Fərəcov saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə