Balakəndə dəhşətli yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, rayonunun Gərəkli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB