Bakıda yük fəhlələrin üstünə aşdı 1 ölü, 1 yaralı

Bakıda yük fəhlələrin üstünə aşdı 1 ölü, 1 yaralı

Bakıda yük boşaldan fəhlə bədbəxt hadisə nəticəsində ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 9-da Binəqədi şosesində yerləşən tikinti materialları anbarında Sumqayıt şəhər sakini Əhməd Cəfərov və Yevlax rayon sakini Aslan İlyasov, Elşad Qafarova məxsus "KamAZ" markalı avtomobildən tikinti materialları boşaldarkən yük üstlərinə aşıb.

Ə.Cəfərov hadisə yerində ölüb, xəsarət alan A.İlyasov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə