Bakı şəhərində cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də saat 01:55 radələrində Əmircan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rövşən Məhsumova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Kamran Rəhimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB