Bir neçə gün əvvəl Bakıda tikinti şirkətlərindən birindən içində 450 min dollar pul olan seyfi oğurlayan şəxslər saxlanılıb. Dəstə üzvlərindən üçü Bakıda biri isə Türkiyədən Azərbaycana qayıdarkən sərhəddə yaxalanıb. Tikinti şirkətindən içi pulla dolu seyfi oğurlayan dəstə ifşa edilib. Hadisə təxminən 10 gün əvvəl Bakıda Binəqədi rayonundakı böyük tikinti şirkətlərindən birinin ofisində baş vermişdi.
Binəqədi rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla 3 nəfər Ramin Məhərrəmov, Əli Əhmədov və Müşfiq Hadıyev saxlanılaraq istintaqa cəlb edilib.Cinayətdə iştirak etmiş Pərviz Əliyev isə Türkiyədən Azərbaycana qayıdarkən sərhəddə saxlanılıb.
Məlum olub ki, ofisdə pul olması barədə dəstə üzvlərinə həmin şirkətdə işləyən Ramin Məhərrəmov məlumat verib. Dəstə üzvləri qurduqları plana uyğun ikinci mərtəbədən içində 450 min dollar pul olan seyfi kəndirlə yerə düşürərək Nərimanov rayonu ərazisindəki yarımtiklilərdən birinə aparıblar.
Hadisə yerinə baxış keçirən polis seyfi ordan, saxlanılanların mənzilindən isə pulun bir qismini aşkar edərək götürüb.Qeyd edək ki, saxlanılan şəxslərin əvvəllərdə məhkumluqları olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB