Evdən qaçan qız tapıldı

Bakıda evdən qaçmış qız tapılaraq ailəsinə təhvil verilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşayan 1995-ci il təvəllüdlü Xumar Süleymanova sentyabrın 4-də saat 12 radələrində bir daha geri qayıtmayacağı barədə məktub yazaraq evdən gedib.

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xumar Süleymanova tapılaraq ailə üzvlərinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə