Bakıda it oğrusu tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, avqustun 26-da S.Rüstəm küçəsində Rauf Hüseynzadəyə məxsus pitbul cinsli it oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Rövşən Vaqif oğlu Ağayev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB