Gün ərzində 68 cinayət faktı 21 nəfər tutulub

Gün ərzində 68 cinayət faktı 21 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 43 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə