Mənzil yandı

Şəmkirdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində rayonun Qaracəmirli kəndində ümumi sahəsi 240 kv.m olan inzibati binanın 2 otağının və çardağının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində binanın qalan hissəsini yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə