Suraxanıda vətəndaş mənzilindən xilas edilib

Suraxanıda vətəndaş mənzilindən xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 13:49-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə