Keçmiş məhkumun çətənə tarlası

Keçmiş məhkumun çətənə tarlası

Sabirabad sakininin həyətyanı sahəsində çətənə kolları və marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş Vəlixan Rəhimov saxlanılıb.

Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu və 1 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə