Torpaq alanların nəzərinə!

Bakı şəhər sakininin saxta sənədlə torpaq sahəsi satması faktı ilə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Suraxanı RPİ əməkdaşları tərəfindən Bakı şəhər sakini Cəfər Əminovun 2014-cü ilin yanvarında saxta sənəd tərtib edərək paytaxt sakini Xuraman Rüstəmovaya 29000 manata torpaq sahəsi satması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə