Başqasının quyusuna düşdü

Sumqayıtda quyuya düşən bir nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 6 m olan quyuya düşüb.

Xilasedicilər vətəndaşı quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat gecə saat 01:52-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə