Bu gecə Şəmkir rayonunun Abbaslı kəndində qətl hadisəsi baş verib. Rayon prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Abbaslı kənd sakini, 24 yaşlı Məzahim İsgəndərov mübahisə zəminində Aşağı Seyfəli kənd sakini 22 yaşlı Rasim Qəmbərlini bıçaqlayıb. Sonuncu aldığı bıçaq zərbəsindən sonra hadisə yerindəcə dünyasını dəyişib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Məzahim İsgəndərov saxlanılıb.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB