3 yaşlı uşağın qatili tapıldı

3 yaşlı uşağın qatili tapıldı

Şəmkirdə hüquq mühafizə orqanlarının apardığı araşdırma nəticəsində 32 yaşlı İrmaşlı kənd sakininin törətdiyi qətlin üstü açılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, aparılan istintaq tədbirləri zamanı məlum olub ki, Mirzəyev Fariz Arif oğlu cari ilin aprel ayında qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın oğlu 3 yaşlı Nihadı qətlə yetirərək, qəbirsanlıqda basdırıb. Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, avqust ayının 16-sı Fariz Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə