İnterpol azərbaycanlı iş adamı Nəsib Piriyevin axtarışa verilməsi ilə bağlı məlumat açıqlayıb. SİA-nın interpolun saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı Piriyev Nəsib Nizami oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Azərbaycan hüquq-mühafizə orqanları N. Piriyev barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB