İrandan Azərbaycana narkotik "hədiyyə"si

İrandan Azərbaycana narkotik

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Elşən Nəbiyev gömrük nəzarətindən keçərkən onun əl yükündən 2 ədəd plastik qabda, ümumi təmiz çəkisi 406,891 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindıən SİA-ya verilən xəbərə görə, daha sonra şəxsi yoxlama zamanı adıçəkilən vətəndaşın üzərində təmiz çəkisi 0,144 qram, daxili orqanından (düz bağırsağından) isə 1 ədəd bükümdə təmiz çəkisi 3,248 qram olan psixotrop maddələr - metamfetamin aşkar olunub.

Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə