Lənkəranda yeniyetmə ağır qəza törətdi

Lənkəranda yeniyetmə ağır qəza törətdi

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, gecə saatlarında iki "VAZ 2107"-nin toqquşması ilə nəticələnən avtoqəzada yeniyetmə sürücü ağır yaralanıb. Şəhər sakini, 15 yaşlı Şəhriyar Məmiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşın 32 yaşlı Anar Məmmədovun eyni markalı maşınının zərbəsinə tuş gəlib. Zərbə nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb, sürücü Şəhriyar Məmiyev isə ağır bədən xəsarətləri alıb. Yaralı sürücü hadisə şahidləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal cərrahi əməliyyata götürülüb. Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

ilkin versiya kimi qəzanın yaxın qohumunun maşınını idarə edən 15 yaşlı Şəhriyarın dönmə əməliyyatını düzgün yerinə yetirməməsindən baş verdiyi deyilir. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə