Ankaranın Esenboğa hava limanında İŞİD-ə qoşulmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, 49 yaşlı Azərbaycan vətəndaşı Türkiyəyə İŞİD-ə qoşulmaq məqsədilə gəlib.
Terrorla Mübarizə İdarəsinin əməkdaşları İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gələn vətəndaş haqqında əvvəlcədən məlumatlandırılıblar. Polis 49 yaşlı Azərbaycan vətəndaşı Bəkir Əliyevin baqajında axtarış aparıb. Axtarış zamanı baqajdan 17 qoruyucu jilet, dərman, şpris və tibbi vəsaitlər ələ keçirilib. Şübhəli şəxs həbs olunub.
Qeyd edək ki, müvafiq prosedurlar aparıldıqdan sonra Bəkir Əliyev deportasiya olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB