Deputatın köməkçisi öldü RƏSMİ

Deputatın köməkçisi öldü RƏSMİ

Daxili İşlər Nazirliyinin deputat Fəzail Ağamalının köməkçisinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi "QAZ-3302" (yük) və Ulduz Sadıqovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub.

Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada dünyasını dəyişən H. Həsənov deputat F. Ağamalının köməkçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə