Lənkəranda heyvandarlıq kompleksində güclü yanğın olub

Lənkəranda heyvandarlıq kompleksində güclü yanğın olub

Avqustun 9-da Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən heyvandarlıq kompleksində güclü yanğın baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə Lənkərandan 3 və Masallıdan 1 yanğınsöndürən maşın, habelə canlı qüvvə göndərilib.

Ümumi sahəsi 20 000 kv.m-dən çox olan kompleks heyvandarlıqla yanaşı, quşçuluq istiqamətində də fəaliyyət göstərir.

Məlumata görə, yanğın nəticəsində xeyli sayda toyuq-cücə tələf olub, tonlarla ot bağlaması yarasız vəziyyətə düşüb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə