Qazax rayonunun Daş Salahlı kəndində yerləşən, Məmməd Abdulkərimova məxsus daş karxanasından oğurluq edən iki nəfər şəxs, Qazax polisinin apardıqları əməliyyat axtarış nəticəsində saxlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Qazaxda iki nəfər oğru şəhər sakini Hüseyinov Qələndər Elşad oğlu və Mingəçvir şəhər sakini Quliyev Anar Kamran oğlu Qazax polisinin apardıqları əməliyyat axtarış nəticəsində yaxalanıb. Hər iki şəxs daş karxanasından dəyəri 5 min manat məbləğində olan 300 metr elektrik naqili, daş karxanasında istifadə edilən aparatları hərəkətə gətirmək üçün 3 ədəd müharrik və 1 ədəd qaynaq aparatını oğurlayıblar.
Faktla bağlı hər iki şəxsə Azərbaycan Respublikası CM-nin 177.1, 177.2 və 177.2, 177.4 maddələri ilə çinayət işi başlanıb, oğurluqda digər şəxslərində əli olub olmamağı ilə bağlı istintaq davam etdirilir.
Qeyd edək ki, oğurluq edən hər iki şəxsin əvvələr məhkumluğu olmayıb.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB