Son günlərdə baş verən qarşıdurmalar və həyata keçirilən əməliyyatlarla əlaqədar Türkiyənin Şanlıurfa vilayətinin Suriyanın Telabyad bölgəsi ilə sərhəd ərazilərində müvəqqəti fövqəladə vəziyyət elan edilib. SİA-nın Türkiyə mətbuatına istinadın verdiyi xıbərə görə, bu barədə açıqlama verən vilayətin valiliyindən bildirilib ki, qərar 15 gün - 6 avqust tarixindən 21 avqust tarixinə kimi qüvvədə olacaq.
Qeyd olunur ki, qərarın verilməsində məqsəd təhlükəsizlik güclərinin sərbəst hərəkətini və vətəndaşların təhlükəsizliyini təmin etmək, mümkün təhdid və təhlükələri aradan qaldırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB