Bakıda bomba həyəcanı

Bakının mərkəzində bomba həyəcanı yaşanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda ictimai-iaşə obyektlərindən birində partlayıcı maddənin olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və əraziyə baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə