Oteldə  yanğın

Bakıda oteldə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda otelin texniki otağında 20 ədəd televizor aparatı, 1 ədəd kondisioner 9 kv.m sahədə yanıb.

Otelin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə