Binadakı tüstülənmənin qarşısı alındı

Binadakı tüstülənmənin qarşısı alındı

Bakının Səbail rayonunun Zərifə Əliyeva prospekti, 32 ünvanında yerləşən yaşayış binasının blokunda elektrik xətlərində qısaqapanma baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qısaqapanma nəticəsində qısa müddətdə tüstülənmə olub.

FHN-in yanğınsöndürənləri hadisə yerinə gələrək tüstülənmənin qarşısını alıb və yanğına keçməsinə imkan verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə