Bakıda qadın qapısı açıq avtobusdan yıxılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, Yevlax rayon sakini Taleh Məmmədovun idarə etdiyi "İsuzu" markalı avtobusunun qapısı açıq olduğundan sərnişini - Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Nəticədə X.Sadıxova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB