Türkiyədə 150 kiloqram heroin ələ keçirilib

Türkiyədə 150 kiloqram heroin ələ keçirilib

Türkiyə polisinin keçirdiyi yoxlamalar zamanı Kırıkkale-Ankara yolu ilə hərəkət edən yük maşınında 150 kiloqram heroin aşkarlanıb. Anadolu Agentliyinin məlumatına görə, ələ keçirilmiş narkotik maddə kartof kisələrində olub. Bundan başqa, yük maşınından iki tapança da götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə