Bakı-Quba yolunda ağır qəza 5 nəfər öldü

Bakı-Quba yolunda ağır qəza 5 nəfər öldü

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci killometrində "Opel" markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə, deformasiyaya uğramış "Opel" markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə