Ağdaş rayonunda tövlədə baş verən yanğında bir nəfər xəsarət alıb, 3 baş iribuynuzlu heyvan yanaraq tələf olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərəgörə, Ağdaş rayonu, Əmirarx kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 7 ton ot bağlamasının 6 tonu yanıb.
Yanğından bir nəfər yanıq xəsarəti almış və 3 baş iribuynuzlu heyvan yanaraq tələf olub.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB