Bacıları xilas etdi özü öldü FACİƏ

Bacıları xilas etdi özü öldü FACİƏ

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən boğulma hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın xəbərinə görə, məlumatda bildirilir ki, iyulun 29-da Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanın və bacısı Gülbənizin boğulmasını gördüyündən onları xilas etməyə cəhd göstərib. Nəticədə N.Musayeva və Q.Muradov boğulub. Xilas edilmiş G.Musayeva isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə