Qadın sürücü 4 piyadanı vurdu

Qadın sürücü 4 piyadanı vurdu

Bakıda qadın sürücü 4 piyadanı vurub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, iyulun 29-da saat 21.00 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan şəhər sakini Sevinc Rzayeva idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri - Rüfət Muradov, Səriyyə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməzi vurub.

Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə