Avtomobildən 21800 manat oğurladı

Avtomobildən 21800 manat oğurladı

Sabirabadda avtomobildən külli miqdarda pul oğurlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Zabil Əliyevə məxsus "Mercedes" markalı avtomobildən 21800 manat pulu oğurlayan Şirvan şəhər sakini Rəşxəndə Zeynalova tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə