Xızı dağlarında yanğın 7 ha kol-kos yanıb

Xızı dağlarında yanğın 7 ha kol-kos yanıb

Xızı dağlarında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Xızı rayonunda dağlıq ərazidə yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Dağlıq ərazidə 100 ha otlaq ərazi və 7 ha kol-kos yanıb.

Yanğının qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə