Avtomobil "qənim"ləri tutuldu

Avtomobil qaçırmış 3 nəfər tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Səməd Seyfullayevə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmış rayon sakinləri Şəhriyar Daşdiyev, Xadim Balayev və İxtiyar Balayev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə