10 yaşlı qız 14 nəfərin ölümünə səbəb oldu

10 yaşlı qız 14 nəfərin ölümünə səbəb oldu

Nigeriyanın şimal-şərqindəki Yobe əyalətində təşkil edilən intihar hücumunda 14 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, intihar hücumunun səbəbkarı 10 yaşındakı bir qız uşağı olub. Polis məmuru Toyin Gbadeges hadisə ilə bağlı verdiyi açıqlamasında bildirib ki, 10 yaşlı uşağın Boko Haram qruplaşması üzvü olduğu düşünülür. Qızın üzərindəki partlayıcıları marketin girişində işə salması nəticəsində 14 nəfərin öldüyü, 47 nəfərin isə yaralandığı qeyd olunur. Yaralılar ətraf xəstəxanalara aparılıb. Hadisə yerini təhlükəsizlik lenti ilə çevrələyən polis daha 5 ədəd partlamamış qurğu aşkar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə