Qusarda qətl

Qusar rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Avaran kəndində qeydə alınıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, Avaran kənd sakini Amaxan Elayyədin oğlu Nəcəfov gəlini, 38 yaşlı Sevinc Məmmədovaya ov tüfəngi ilə bir dəfə atəş açıb. Nəticədə qadın aldığı xəsarətdən dünyasını dəyişib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Belə ki, bundan əvvəl də ailə arasında problemlər yaşanıb. Hadisəni törədən qaynata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən qadın 4 uşaq anası idi.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə