Tikinti ərazisində yanğın

Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan ərazidə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ərazidə ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə